İlkin Həsəni: “Onlardan üzr istəyirəm”

Aparıcı İlkin Həsəni telekanallar arasında gedən qalmaqallara münasibət bildirib. 

Axşam.az-ın məlumatına görə, o, hər kəsi həmrəy olmağa səsləyib:

“Əziz dostlar, dəyərli izləyicilərim, son zamanlar telekanallar arasında yaman gərginlik yaranıb. Mən də vaxtilə hamı Mətanəti (aparıcı Mətanət Əliverdiyeva – red.) qınayanda, həmkarıma həmrəy olmaq istədim. Amma emosiyaya qapılıb yazdığım sözlər qonşu kanallarda inciklik yaratdı. Əgər kimsə mənim həmin sözlərimi özünə aid edirsə, onlardan üzr istəyirəm. Gəlin, biz telekanal işçiləri cəmiyyətə nümunə olaq, belə səhvlər etməyək. Bir-birimizə kömək edək, bir-birimizin işinə qarışmayaq. Bir sözlə gəlin, həmrəy olaq”.

Qeyd edək ki, aparıcı M.Əliverdiyevanın mayın 19-da Bakıda yanan bina ilə bağlı dediyi “Bir külək idi, gəldi keçdi” sözləri qalmaqal yaratmışdı. ANS telekanalının aparıcı ilə bağlı süjet hazırlaması və onu tənqid etməsi bir çoxlarını özündən çıxarmışdı.  

Həmkarını müdafiə etməyə çalışan İ.Həsəni “14 ildir telekanalda işləyirəm. Bu müddət ərzində çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir şərəfsizliyi görmədim. Bəs hanı sizin jurnalist həmrəyliyiniz? Hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm, telekanal adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiniz. Onlar ATV-yə gəldilər. Hörmət, azadlıq və yüksək maaş gördülər. Amma belə etməli deyildiniz. Bu gün siz rəsmən ATV kanalına efir müharibəsi elan etdiniz. Yaxşı, olsun” sözlərini demişdi.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol