Saxta profillər bağlanacaq

“Facebook” istifadəçiləri üçün xəbər var.

Artıq başqasının adından saxta profil açmaq daha da çətin olacaq. Bəs bu prosesə necə nəzarət olunacaq və istifadəçilər necə məlumatlandırılacaq?

Milli.Az “Xəzər Xəbər”ə istinadən bildirir ki, bu tip problemdən heç kəs sığortalanmayıb. Saxta profili sadəcə əyləncə üçün açanlar bir tərəfə, bunu müxtəlif məqsədlər – hədə-qorxu, şantaj və ya cinayət üçün edənlər də var.

Amma artıq narahatlığa əsas qalmayacaq. “Facebook” saxta hesablara qarşı tədbir görməyə başlayıb. Bundan sonra belə hallar olanda istifadəçiyə xəbərdarlıq gələcək.

Bu zaman profili yoxlamaq tələb ediləcək. Saxta hesabla bağlı növbəti tədbirlər veriləcək cavabdan asılı olacaq.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol