Volkswagen və Porsche üçün çətin dövrlər

Almaniyanın Volkswagen avtomobil konseri çox ciddi problemlə üzləşib.

Konsernin istehsal etdiyi Volkswagen modelli avtomobillərlə yanaşı, Volkswagen-in tərkibində olan Porsche markasının satışa çıxardığı modeldə də ciddi texniki qüsurlar aşkarlanıb.

Volkswagen konserni təqribən 800 min avtomobili geri çağırdığını bəyan edib. Səbəb həmin maşınların pedal mexanizmlərindəki qüsurdur.

2011-2016-cı illərdə istehsal olunmuş 391 min Volkswagen Touareg və 411 min Porsche Cayenne maşınları geri çağırılırlar.

Bu arada bəlli olub ki, Volkswagen avtokonserni dizel yanacağı qalmaqalı ilə bağlı olaraq geri çağırılması tələb olunan 600 min avtomobillə bağlı ABŞ-ın hakimiyyət dairələri ilə razılaşmaya nail ola bilməyib.

Qalmaqal 2015-ci ilin payızında başlanmışdı. Volkswagen avtokonserni ABŞ-da satdığı və dizel mühərriki ilə təchiz olunmuş maşınların dəm qazlarında zərərli maddələrin miqdarını müəyyənləşdirən testlərdə saxtakarlıq etdiyini boynuna almışdı.

Birləşmiş Ştatlarda satılan Volkswagen modellərində zərərli tullantılarla bağlı testlərdən “yan keçməyə” imkan verən proqram təminatının quraşdırıldığı da aşkarlanandan sonra qalmaqal daha da böyüyüb.

İndi Volkswagen avtonsernindən dünya miqyasında satdığı avtomobillərdən 11 milyonunu geri çağırmaq tələb olunur.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol