Hər Kəsə Nümunə Olan və İlham Verən İnsan

İki əli və hər iki ayağı da olmayan Lindsay Hilton hər zaman fəal bir insan kimi ətrafında tanınıb. İllərlə Mount Allison University və The Halifax Tars komandalarında reqbi oynayan Lindsay, daha sonra fərqli bir təcrübə yaşamaq üçün Crossfit istiqamətinə yönəlir və burpee yarışmasında qalib olaraq, Crossfit Onside adlı idman salonundan aylıq üzvlük haqqı qazanır. Bununla da o, bir çoxlarının ilham mənbəyinə çevrilir.

Lindsay Hilton Adaptive CrossFit2

Bir neçə həftə əvvəl Crossfit Onside işçilərindən bədən formasının vəziyyətinə müntəzəm olaraq nəzarət etmək üçün məşq zamanı onun videosunu çəkmələrini istəyən Lindsay, bunun sosial mediada paylaşılacağını bilirdi. Amma videosunun Crossfit Facebook səhifəsində dərc olunacağından xəbəri yox idi. Ötən çərşənbə günü ilk dəfə yayımlanan video şənbəyə qədər artıq 6 milyon dəfə izlənilmiş, 57.000 dəfə paylaşılmış və 5000-dən artıq şərh edilmişdi.

Video haqqında edilən şərhlərin bir çoxunda bu insanın nə qədər böyük ilham qaynağı olmasından bəhs edilir. Bir çox insan depressiyada olduqlarını, lakin Lindsay tərəfindən onlara ötürülən motivasiya sayəsində özlərini qat-qat daha yaxşı hiss etdiklərindən yazırdılar. “Bu möhtəşəm insan bunu bacardı!” – deyə təriflər yağdırılan Lindson isə bu şərhlərdən olduqca xoşbəxt olub və daha çox güc əldə edib.

{youtube}DSwE7owBAd4{/youtube}

Crossfit Hilton üçün hər nə qədər çətin bir idman kimi görünsə də, o deyir ki, istədiyimizə nail olmaq üçün hər zaman bir yol var və virtual mühitdə onun kimi idmançılara kömək edə biləcək xeyli mənbə mövcuddur. “Mənə bu qədər cəsarət verməkləri mükəmməldir”, deyən Hilton, eyni zamanda da insanların onu ilham verici bir şəxs kimi təqdim etmələrindən təəccübləndiyini deyir.

İstənilən halda, Hilton qol və ayaqları olmayan insanların onun etdiklərini görüb “Bunu mən də edə bilərəm,” – deyə düşünmələrini çox istəyir və mesajının onlara çatdırıldığını düşünür.

Bu haqda nə düşünürsən?

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol