Niyə fotolarda pis düşürsən?

“Fotogenik deyiləm, fotolarda yaxşı çıxmıram” deyirsinizsə, səbəbi var

“Niyə güzgüdə özümə gözəl/yaraşıqlı göründüyüm halda, fotolarda eybəcər çıxıram,” deyənlərdənsiniz? Ailənizdəki, hətta bütün dünyadakı ən fotogenik olmayan adam olduğunuzu düşünürsünüz? Onda sizə deyək ki, bu mövzuda qətiyyən tək deyilsiniz.

hic fotojenik degilim fotograflarda iyi cikmiyorum mu diyorsunuz bunun bir nedeni var
İnsanların bəlkə də 90 faizi fotolarda çirkin düşdüyünə inanır. Bunun isə çox bəsit bir səbəbi var- GÜZGÜLƏR! Belə ki, özümüzü güzgüdə görməklə qarşı tərəfdən görmək arasında fərq var: biri digərinin çevrilmiş halı olaraq görünür. Biz uzun illərdir ki, özümüzü qarşıdan deyil, güzgüdən gördüyümüz üçün həmin görüntüyə də olduqca öyrəşmişik.

Digər tərəfdən də insanın siması tam simmetrik deyil. Sol tərəfiylə sağ tərəfi arasında kiçik, lakin beynimizin diqqətini çəkə bilən fərqlər mövcuddur. Məsələn, kiminsə bir gözü digərindən böyük, bir qaşı digərindən fərqli, bir yanağı digərindən bir az daha şişkin və sair ola bilir. Əlbəttə ki, bunlardan daha böyük fərqlər də mövcuddur. Beynimiz fotolarda bu fərqləri dərk etdiyi üçün fotodakı görünüşümüzü bəyənmir.

1327764824 mimika v obschenii

Aparılan tədqiqatlar da sübut edib ki, insanlar çəkdirdikləri fotoların döndürülmüş formalarını adətən daha çox bəyənirlər. Bundan başqa, əgər siz fotoda güzgüdə göründüyünüz kimi çıxsaydınız, bu dəfə də digərləri sizin yaxşı görünmədiyinizi düşünərdi. Çünki onlar sizin güzgüdəki görünüşünüzə vərdiş etməyiblər.

Bu haqda nə düşünürsən?

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol