Düşmən Ağdamı vurur: 1 nəfər həlak oldu, 7 nəfər yaralandı – YENİLƏNİB

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Ağdam rayonunun bir sakini dünyasını dəyişib, daha 7 nəfər isə yaralanıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

Qeyd olunur ki, daha öncə yaralanan Çəmənli kənd sakini Famil Mustafayev Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib, lakin orada dünyasını dəyişib.

Yaralananlardan iki nəfərin vəziyyəti ağırdı. Onlar 1966 il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Əli, digəri isə 1945-ci il təvəllüdlü Əfəndili kənd sakini Məmmədov Elnurdur. Bildirilir ki, yaralılardan biri kantuziya zədəsi alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

* * *

Ermənistan silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində bir mülki şəxs yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, evə mərmi düşməsi nəticəsində Ağdam rayonunun Əfətli kənd sakini, 1978-ci il təvəllüdlü Məmmədov Elnur Polu oğlu xəsarət alıb.

O, Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Həmçinin ermənilərin atdığı top mərmisi Ağcabədi rayonunun Qaraxanlı kənd sakini Bərxudar Xəlilova məxsus evdə yanğına səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Qeyd edək ki, ötən gün saat 23.30-dan etibarən Ermənistan silahlı bölmələri təmas xəttinə yaxın yaşayış məntəqələrini atəşə tutmağa başlayıb.

Düşmən yaşayış məntəqələrini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutur.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol