Toyundan 1 həftə sonra evdən çıxıb geri qayıtmadı – FOTO

Polis toyundan bir həftə sonra yoxa çıxan gənc qızı axtarır.

“LuxLife”-ın Criminal.az-a istinadən verdiyi məlumata görə, Sankt-Peterburqda yaşayan 23 yaşlı Gülnarə Vəliyeva bu il aprelin 22-də həkimə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb. Onun aprelin 15-də Samir adlı bəylə toyu olub.

Gənc qadının əri polisə bildirib ki, o, günorta saatlarında evdən çıxıb və özü ilə şəxsiyyət vəsiqəsini götürməyib. Üzərində boş paltodan başqa digər geyimləri xatırlamır. Onun bu açıqlaması Gülnarənin yaxınlarını “Görəsən, Samirmi öldürüb?” fikri ilə narahat edib. Rusiya İstintaq Komitəsi G. Vəliyevanın öldürülmə ehtimalını da istisna etmirlər.

LuxLife.Az

 

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol