Ermənistan müharibəni seçdi – SON DƏQİQƏ

Dağlıq Qarabağda vəziyyət aprelin əvvəlindən kəskin şəkildə gərginləşib

Ermənistan hökuməti cümə axşamı keçirdiyi iclasında Ermənistanın “Dağlıq Qarabağ Respublikasının tanınması” haqqında qanun layihəsini dəstəkləyib.

Nazirlər kabinetinin qərarında qeyd olunur ki, qanun layihəsi “Ermənistan və Qarabağ nümayəndələri arasında müzakirələr nəticəsi olaraq gələcəkdə baş verə biləcək proseslər, o cümlədən, xarici faktorlarla şərtləşdirilir“.

Müxalif “İrs” parlament fraksiyasının nümayəndəsi Zaruhi Postancyan və Erməni Milli Konqresi fraksiyasının üzvü, sabiq baş nazir Hrant Baqratyanın təşəbbüsü ilə gündəmə gətirilən qanun layihəsinə görə, “Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikasının tanıyır”.
Qanun layihəsi Ermənistan Milli Məclisinin mayın 10-da keçiriləcək növbədənkənar iclasında müzakirə olunacaq.

“Dağlıq Qarabağ Respublikasının tanınması” barədə qanun layihəsinin Ermənistan hökuməti tərəfindən dəstəkləməsinə münasibət bildirən Azərbaycan millət vəkili Aydın Mirzəzadə deyir ki, Ermənistan hakimiyyəti “başını tamamilə itirib” və nə etdiyinin “fərqində deyil.”
“Mən heç də təəccüblənmərəm əgər səsvermədə hakim Respublika partiyasının üzvləri hökumətin bəyəndiyi layihənin əksinə səs versinlər”, – o Ermənistan hökumətinin hər bir addımı bir-birilə ziddiyyət təşkil etdiyini fikrindədir.

Millət vəkili düşünür ki, qondarma “DQR” tanımaqla Ermənistan Azərbaycana siyasi təzyiq göstərməyə çalışır və bununla öz problemlərini daha da artıracağını anlamış deyil.

Cənab Mirzəzadə əlavə edir ki, bu addımı ilə Azərbaycanın danışıqlardan çıxaraq hərb yoluna üstünlük verməsi və bunun Ermənistan üçün ağır nəticələr verəcəyini hökumət gözaltına almalıdır.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol