Əksər texnikada rastlaşdığımız bu silindr görün nəyə lazım imiş – FOTO

Yəqin ki, hər biriniz öz noutbukunuzun qidalandırıcı kabelində kiçik silindr görmüsünüz.

Əgər görməmisinizsə istənilən portativ kompyuterin enerji yükləmə yerinə diqqətlə baxın. Kompüterə qoşulan şnurda kiçik plastik çən görəcəksiniz.

Bu gün sizlərə bu anlaşılmaz detalın maraqlı təyinatı barədə məlumat verəcəyik.

Sən demə, bu gözə çarpmayan detal çox vacib funksiyanı yerinə yetirirmiş. O yüksək keyfiyyətli filtr rolunu oynayır və qidalandırıcı kabeldən gələ biləcək əngəlləri neytrallaşdırır. Bu qurğu ferrit üzüyü, yaxud ferrit filtri adlanır.

01

İnanılmaz olsa da, bu kiçik çəlləyin içində heç bir mikrosxem, yaxud digər elektron qurğular yoxdur. Onu açıb içərisinə nəzər salsaq, maraqlı heç nə ilə rastlaşmarıq. Sadəcə şnur bərk materialdan olan silindrin içərisindən keçir. Bəzi hallarda qaytan onu ilgək formasında əhatə edir.

Bu silindr ferritdən (Ferrit dedikdə dəmirdə az miqdar (0,4%) karbonun həll olması nəzərdə tutulur) hazırlanıb, hansı ki, maqnit izolyatoru rolunu oynayır. Bu maddədə cərəyan burulğanı yaranmır, bu səbəbdən ferritlər çox çevik halda elektromaqnit sahəsinin tezliyi ilə ritmə girərək yenidən maqnitləşir.

02

Sirr deyil ki, istənilən ekranlaşmamış kabel qidalandırıcısı kompyuterin içindən informasiya siqnallarını korlayan elektromaqnit maneələrin qaynağıdır. Ferrit üzüyü isə filtr rolunu oynayır və bu maneələrin yayılmasının qraşısını alır.

03

Əvvəllər bu məqsədlə bütün kabel mis hörgü ilə ekranlaşdırılırdı, lakin ferrit üzüklər daha ucuz başa gəldiyindən müasir elektrotexnikada məhz onlar geniş istifadə olunur.

04

Yeri gəlmişkən, ferrit üzüklər təkcə arzuolunmaz elektromaqnit sahələrinin yaranmasının qarşısını almır, həmçinin kabelin içindəki siqnalı xarici maneədən qoruyur. Bu səbəbdən belə silindrlərə qidalandırıcı kabellərdən əlavə, monitorların, kamera və fotoaparatların qoşulması üçün şnurlarda rast gəlmək mümkündür.

05

06

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol