Eldar Qasımov: “İndiyə qədər istəmişəm Beyonsun konsertinə gedim”

“Eurovision” qalibimiz Eldar Qasımov dünya ulduzu Beyonsun səhnə və səhnədən kənar həyatını yaxından izləmək arzusundadır.

“LuxLife” xəbər verir ki, bu barədə o, “V element” verlişində danışıb:

“Dünya ulduzlarının səhnədən kənar həyatı məni çox maraqlandırır. Onlar işçi heyəti ilə necə rəftar edir, studiyada necə çalışırlar, bunları yaxından görmək istəyirəm. “Eurovision”da səhnə təcrübəsi qazanandan sonra bir çox ulduzların harada düz hərəkət etmədiklərini, düz danışmadıqlarını görə bilirəm. İndiyə qədər istəmişəm Beyonsun konsertinə gedim. Onun səhnə həyatı, eləcə də səhnədən kənar həyatı valehedicidir, mənim çox xoşuma gəlir”.

E.Qasımov depressiyaya tez-tez düşdüyünü etiraf edib:

“Özüm-özümü depressiyaya salıram. Xoşlayıram bu halı. Özümə qapananda yaradıcılıqda yenilik edirəm. Buna bir o qədər ağır depressiya demək olmaz”.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol