Bu məhkəmə Telman İsmaylovu müflis edə bilər

Telman İsmayılovun məhkəməsi başladı – 213 milyon dollarlıq iddia

Bu gün Moskva Arbitraj Məhkəməsində Rusiyanın “Moskva bankı”nın (“Bank Moskvı”, VTB qrupu) paytaxtdakı Çerkizov bazarının keçmiş sahibi, iş adamı Telman İsmayılovun rəhbərlik etdiyi AST Şirkətlər Qrupuna daxil olan “KBF AST” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qaldırdığı 213 milyon dollarlıq iddia üzrə iclas keçirilib.

“LuxLife” xəbər verir ki, “Moskva bankı” iddiasında 2012-ci il 28 sentyabr tarixində imzalanmış müqaviləyə əsasən, “Ruslayn 2000” MMC-nin adına alınan 213 milyon dollar məbləğində borcun ödənilməsini tələb edib.

“KBF AST” MMC isə kredit müqaviləsinin saxta olduğunu əsas gətirərək “Moskva bankı”na qarşı iddia qaldırıb. Telman İsmayılovun nümayəndəsi məhkəmə iclasında AST qrupu üçün kredit müqaviləsinin sərbəst olduğunu və icraçı tərəfindən müqavilədə olan şərtlərin həyata keçirilməsinin mümkün olmadığını söyləyib.

Məhkəmə isə həmin iddianı rədd edib.

T. İsmayılovun nümayəndəsinin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxs məlum kreditə zamin duran şəxs olub. Lakin iş adamının vəkili məhkəməyə T. İsmayılovun həmin kreditə zamin durması ilə bağlı müqaviləni təqdim edə bilməyib. Beləliklə, məhkəmə T. İsmayılovun “Moskva bankı”nın işi üzrə üçüncü şəxs kimi cəlb olunması üzrə qaldırdığı iddianı rədd edib.  

Məhkəmə prosesi davam edir.

Qeyd edək ki, T. İsmayılov bu gün keçirilən məhkəmə prosesində iştirak etməyib. Onu prosesdə nümayəndələri əvəz edib.

Xatırladaq ki, “Kommersant” qəzeti “Moskva bankı”nın AST qrupunun sahibi T. İsmayılovun müflis olunması üçün arbitraj məhkəməsinə iddia təqdim etdiyini yazıb. Oktyabrın 1-də arbitraj məhkəməsinə daxil olan iddiada deyilir ki, 2012-ci ilin sentyabrından 2014-cü ilin fevralına kimi bank “Ruslayın” MMC və Hollandiyanın “Tropicano Finance B.V.” şirkətlərinə üç dəfə ümumi məbləği 230 milyon dollar olan kredit ayırıb. Hər iki şirkət AST ilə əlaqəlidir və pulu alan T. İsmayılov kreditin müəyyən olunmuş müddətdə qaytarılacağı barədə şəxsən təminat verib.

İddiaya əsasən, nə faizlər, nə də əsas borc ödənilməyib. Nəticədə T.İsmayılovun bu ilin 1 oktyabrına yığılan borcu 286,4 milyon dollar təşkil edib. “Moskva bankı” T. İsmayılovun bu müddətdə maliyyə öhdəliklərini yerinə yetirmədiyinə görə, onun ödəmək iqtidarında olmadığını bildirib. Bununla əlaqədar bankın hüquqşünasları arbitraj məhkəməsindən vətəndaşın borclarının restrukturizasiyası prosedurunu aparmağı xahiş ediblər. /mənbə: apa/

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol