“Taxmadır, özümün deyil…” – Fotolar

Müğənni Günay İbrahimli xarici görünüşündə dəyişiklik edib.

İfaçı hər zaman yenilik etdiyini bildirib:

“Mən səhnədə olan bir xanımam. Düşünürəm ki, hər dəfə dəyişmək lazımdır. Dəyişikliyi sevirəm, siz də bunun şahidi olmusuz. Bu, geyimim də, saçım da hiss olunub. Hər dəfə yenilik edirəm ki, tamaşaçıların reaksiyasını öyrənim. Gördüyünüz bu “çolka”lar taxmadır, özümün deyil, yəni saçımı kəsdirməmişəm. Özüm “çolka” sevmirəm, dedilər ki, yaraşır və mən də etdim”.

Müğənni yeni klip çəkdirəcəyini söyləyib:

“Çimərlik geyimində bir dəfə klipim olub, ikinci dəfə təkrarlamaq istəmirəm. Yayda yeni klip çəkdirəcəm. Klipin rejissorunu fikirləşməmişəm. Tamam başqa tərzdə mahnı və klip olacaq”.

G.İbrahimli baş rol ifa etdiyi “Sadəcə sev” filmi ilə bağlı təəssüratlarını bölüşüb:

“Filmim yayımlanana kimi çox həyəcanlı idim. Hətta, tamaşaçılar arasında əyləşən zaman onların reaksiyalarına diqqət yetirirdim. Ən əsası insanları ağlada bildim. Xoşa gəlməz nüanslarda oldu. Çox insan qrimimin yaxşı olmadığını söyləyir. İnanın ki, üzümlə bağlı problemim var idi. Onu da qeyd edim ki, bu film Azərbaycanda çəkilən ilk mistik melodramadır”.

LuxLife.Az

gunay ibrahimli 1

gunay ibrahimli 2

gunay ibrahimli 3

gunay ibrahimli 4

gunay ibrahimli 5

gunay ibrahimli 6

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol