Qəbələdən İstanbula uçuşlar 2 dəfə ucuzlaşdı

Türkiyənin aşağıbüdcəli «Pegasus» aviaşirkəti yeni kampaniyaya başlayıb.

Kampaniya çərçivəsində Qəbələdən İstanbula gediş qayıdış biletləri 2 dəfə ucuzlaşıb. Turizm şirkətlərindən fins.az-a verilən məlumata görə, iyunun 15-dən ayın sonuna kimi «Pegasus»la uçmaq istəyənlər Qəbələ-İstanbul- Qəbələ reysi üzrə 99 avroya uça biləcəklər. Bu qiymətə 23 kiloqramlıq baqaj və 7 kiloqramlıq əl yükü daxildir.

Qeyd edək ki, adi qaydada “Pegasus”la Qəbələdən İstanbula gediş qayıdış biletlərini 195 avroya sifariş etmək mümkündür.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol