Zeynəb Dostəliyeva ”Ferrari”nin xanım sahibindən təzə maşın tələb etməsindən danışdı

Bakının Heydər Əliyev prospektində “Ferrari” və Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dotəliyevanın “Ford” avtomobillərinin toqquşması nəticəsində baş vermiş avtomobil qəzası ilə bağlı hələ də qaranlıq məqamlar var.

Bu gün virtualaz.org saytının yaydıöğı məlumatda deyilirdi ki, həmin qəzada zərərçəkən 10 SV 773 dövlət nömrə nişanlı, “Ford” markalı avtomobilin sürücüsü Zeynəb Dostəliyeva qəzaya səbəb olan “Ferrari”nin xanım sürücündən yeni avtomobil tələb edir.

Z.Dostəliyeva Criminal.az-a açıqlamasında bildirdi ki, onun maşını artıq təmirdədir: ”Qəzaya düşən də mənəm, zərər çəkən də. Mətbuat bu məsələni nə yaman şişirtdi. Maşınım artıq təmir olunur. heç kimdən yeni maşın tələb etməmişəm. Bu məsələni bağlayın getsin”.

Qeyd edək ki, qəzaya düşən “Ferrari”nin dövlət nömrə nişanı 10 SN 009-dur. Həmin avtomobilin sahibi haqda məlumatları az sonra Criminal.az saytında oxuya bilərsiniz. 

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol