Mövsümün trendi: Saçların ombre rənglənməsi

Ombre saç – fransızcadan tərcümədə “kölgə vermək” mənasını verir. Üst qisimləri tünd, uclara doğru daha açıq (fərqli olacaq qədər) saç rəngidir.

Obrazınızı yeniləmək istəyirsinizsə, bu işə saç düzümünüzdən, daha dəqiq desək, saçlarınızın boyanmasından başlayın. Bu məqsədlə ombredən istifadə etmək olar. Belə boyama texnikası horizontal xəttlə bir-birindən ayrılmış iki çalarlı rəngdən ibarətdir. Horizontal sərhəd sizin zövqünüzdən və cəsarətinizdən asılı olaraq kəskin və ya tədricən keçid edə bilər. Belə boyanma sayəsində saç həcmli və orijinal görünüş əldə edir.

Bir qayda olaraq, saçın dibindən ortasına qədər təbii rəng saxlanılır, sonra isə saç tədricən başqa rəngə keçir, saçın ucuna çatdıqda isə bu rəng daha da intensiv və doymuş halda olur. Lakin Ambassade de la Beaute gözəllik səfirliyinin stilist-ustaları qeyd edir ki, istəkdən asılı olaraq ombre zamanı 3 müxtəlif rəng və çalardan istifadə etmək olar. Dəblə ayaqlaşan bir çox xanımlar ombre boyanma zamanı təbii rəng çalarlarından əlavə, parlaq rənglərdən də istifadə edirlər. Beləcə, ombreni hər bir zövqə uyğun formada saça tətbiq etmək olar.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol