Alimlər: pivə ürək xəstəliklərinin qarşısını ala bilər

Hər gün pivə içmək insanı ürək-damar xəstəliklərindən qoruya bilər.

İtaliyanın Pozzilli şəhərində mənzillənən elmi qrup bu sahədə aparılmış 150 müxtəlif araşdırmanın nəticələrini təhlil edərək belə bir nəticəyə gəliblər.

Tədqiqata dair hesabat “Nutrition, Metabolism & Cardiovascular Diseases” tibbi jurnalında dərc olunub.

Alimlərə görə, hər gün həcmi 330 milliqram olan iki banka pivə içilməsi insanda ürək-damar xəstəliklərinə tutulmaq riskini 25 faizədək azalda bilər.

Qeyd olunur ki, bu miqrada alkoqolun insan sağlamlığına ziyan vurması ehtimalı cüzidir.

Həkimlərə görə, pivənin insan orqanizminə göstərdiyi müsbət təsir şərabın təsirinə bənzəyir – şərab kimi pivə də qanın tərkibində “faydalı xolesterinin” miqdarını artırır.

Onlar pivədə alkoqolla yanaşı insan orqanizminə müsbət təsir edən kimyəvi elementlərin də olduğunu vurğulayırlar.

Lakin alimlərin heç də hamısı pivənin orqanizmə müsbət təsir göstərdiyi fikrilə razılaşmır.

“Britain medicine journal” nəşrində dərc edilmiş məqaləyə əsasən, hətta cüzi miqdarda alkoqolun qəbulu insanda onkoloji xəstəliklərin yaranması riskini artıra bilər.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol