“Instagram” loqosunu dəyişdi

“Instagram” öz loqotipini və dizaynını dəyişib.

Ənənəvi dizayn daha lakonik və monoxrom dizaynla əvəz olunub. Yeni ikon göy qurşağı rənglərinin qarışığı olan sadə görünüşə malikdir.

“İnstagram”ın əlavələri olan “Layout”, “Boomerang” və “Hyperlapse” əlavələrinin də dizaynı yenilənib.

Qeyd edək ki, “Instagram”da hər gün 80 milyondan çox foto paylaşılır. 2010-cu ildə istifadəyə verilən “Instagram”ın loqotipi “Polaroid OneStep” retro kamerasının dəyişdirilmiş təsvirindən ibarət idi. 5 ildən çox ikon dəyişmədən qalıb, sonradan isə kiçik dəyişikliklər edilib. Son vaxtlar köhnə loqo istifadəçilərin tənqidlərinə məruz qalırdı.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol