Leonardo Di Kaprio necə cənubi azərbaycanlıların sevimlisinə çevrildi – FOTO

Leonardo Di Kaprionun aktyorluq fəaliyyətini sevənləri dünya boyu tapmaq olar. Lakin onun Instagram şəbəkəsində paylaşdığı bir foto iranlı istifadəçilərin xüsusi diqqət mərkəzinə çevrilib.

DiCaprionun Instagramda az qala 7 milyon izləyicisi olsa da, onun fotolarını şərh edənlərin sayı nadir hallarda 3 min sayını keçir.

Urmiyə gölünün quruması ilə bağlı ötən həftə paylaşdığı bu fotosuna isə az qala 115 min şərh gəlib, bu isə son üç ay ərzində onun hesabına gələn şərhlərin yarısını təşkil edir.

Şərhlərə baxanda aydın olur ki, onları yazan istifadəçilərin böyük əksəriyyəti iranlıdır və güman etmək olar ki, onları çoxu azərbaycanlıdır.

“Şimal-qərbi İranda, qurumuş Urmiyə gölünün üstündə köhnəlmiş gəmi doku. Bu, vaxtilə Orta Şərqin ən böyük şor gölü olub, amma iqlim dəyişikliyinə görə indi onun suyunun 20 il əvvəlki səviyyəsinin cəmi beş faizi qalır”, fotonun altyazısı belədir.

Fotonun altında yazılan şərhlərin çoxunda “İrandan təşəkkürlər” sözlərilə minnətdarlıq bildirilib.

“Yaşasın Leo”, yazıb @rezow00974.

“Təşəkkürlər Leo, təşəkkürlər. Mən iranlı tələbəyəm. Səni sevirəm. Türklər səni sevir. Sən bütün dünya üçün bir aktyorsan”, @aliyk1556 adlı istifadəçi yazıb.

DiCaprio planetin iqliminin dəyişməsilə bağlı illərdir ki, kampaniya aparır. O, 2014-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə nümayəndəsi elan olunub.

New Yorkda "Xalqın İqlim Yürüşü"

Leonardo DiCaprio

Uzun illər “gözləyəndən” sonra ilk Oscar mükafatını alanda, Leonardı DiCaprio nitqinin əsas hissəsini iqlimin dəyişməsi probleminə həsr etmişdi.

“İqlim dəyişikliyi realdır, bu hazırda baş verir”, DiCaprio bunu mükafatını qəbul edərkən demişdi. “Bu, bütün insan nəslinin üzləşdiyi ən təcili təhlükədir və biz ona qarşı birgə işləməliyik, ləngitməni dayandırmalıyıq”.

UNESCO-nun Biosfer Qoruğu adlandırdığı Urmiyə Gölünün ərazisi quraqlığa və bəndlərin çəkilməsinə görə son 20 il ərzində böyük hissəsini itirib. Ekoloji ekspertlərə əsasən göl bir neçə il ərzində tamamilə quruya bilər, bu isə ekoloji fəlakət gətirə bilər.

2014-cü ildə İran hökuməti Urmiyə Gölünün bərpa edilməsi üçün vəsait ayırdığını bəyan edib.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol