Bakı-Gəncə yolunda sürət həddi artdı – FOTO

Azərbaycanın əsas magistralında sürət həddi artıb.

Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat katibi Anar Nəcəfli özünün Facebook səhifəsində məlumat verib.

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Hacıqabul-Kürdəmir hissəsində müəyyən olunmuş ərazilərdə olan 60 km/saat sürət həddi 90 km/saata qədər artırılıb.

Müvafiq olaraq magistral yolda minimal sürət həddi 90 km/saat, maksimal 110 km/saat müəyyən olunub.

LuxLife.Az

 

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol