Röyanın qardaşı “O səs Türkiyə”də – VİDEO

“O səs Türkiyə”nin növbəti buraxılışında müğənni Röyanın qardaşı İsmayıl Nəcəfov səhnəyə çıxıb.

Axşam.az-ın məlumatına görə, İsmayıl İstanbulda təhsil aldığını və anası ilə birgə orada yaşadığını deyib. O, Özcan Dənizin repertuarından “Nasip Değilmiş” mahnısını ifa edib.

Münsiflər heyətindən heç kim həmyerlimizə tərəf dönməyib. Sonda müğənni Murad Boz dönmədiyi üçün peşman olduğunu deyib. Aparıcı Acun İlicalı isə onu növbəti il yenidən çağıracaqlarını qeyd edib.

Xatırladaq ki, TV8 telekanalında Acun İlicalının aparıcılığı ilə yayımlanan yarışmanın münsiflər kürsüsündə müğənnilər Ebru Gündeş, Hadisə, Gökhan-Hakan Özoğuz və M.Boz əyləşir.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol