15 dəqiqəyə 100% enerji yığan dolan smartfon yaradıldı

“Oppo Find 9” adlanan yeni telefon analoqlarından 5 dəfə tez enerji ilə dolacaq.

Bu telefonun 100 faiz tam dolması üçün cəmi 15 dəqiqə vaxt lazım olacaq.

Aşağı voltlu gərginlikli impuls doldurulma (şarj) sistemini əsas götürən mütəxəssislər bu sahədə xeyli irəliləyişlər əldə ediblər.

Qeyd etmək lazımdır ki, bu cihazın akkumulyatorun tutumu 2 500 mA/saatdır. Bu isə bir sıra tanınmış istehsalçı şirkətlərin flaqman telefonları ilə müqayisədə xeyli azdır. Cihaz 5,5 düym ekran, əsası 16 meqapiksel və 12 meqapiksel frontal kameralara malikdir. Smartfonun 64 Gb yaddaşı və 4 Gb əməliyyat yaddaşı mövcuddur.

Yeni smartfonun qiyməti hələlik məlum deyil. Ancaq bu cihazın təqdimatı artıq yaxın günlərdə baş tutmalıdır.

LuxLife.Az

{youtube}f_psNjZXHP0{/youtube}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol