Camalanın həyatı haqqında maraqlı faktlar

Əslən krından olan tatar müğənni “Camala Eurovison 2016” yarışmasında qalib olduqdan sonra onun haqqında bir çox məlumatlar yayıldı.

Özəlliklə də Azərbaycan saytları Camalanın erməni olması barədə məlumatı tirajlayırdılar. “LuxLife” Camalanın həyatı haqqında maraqlı faktları araşdırıb. BU yazını oxuduqda görəcəksiniz ki, Camalanı ermənipərəstlikdə ittiham edənlər, saytlarına İP toplamaq xatirinə hər yola əl atan naqislərdir. 

Camalanın anasının erməni olması doğrudur. Lakin müğənni daha çox Azərbaycana və türk dünyasına bağlı biridir. O qalib olduqdan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ona zəng edərək şəxsən təbrik edib.

baki 88667

Ən yaxın rəfiqəsi azərbaycanlıdır

“Mənim ən yaxın rəfiqəm azərbaycanlıdır. 5 yaşım olanda onunla tanış olmuşuq”

Bu sözləri Camala 2015-ci ilin sentyabr ayında odnako.su saytına müsahibəsində bildirib.

. Sabina musiqi dünyasından deyil, lakin bu barədə yaxşı məlumatı var. Biz Melitopolda yaşayanda bizə bir qadın gəldi, əlində də körpə uşaq. Həmin uşaq Sabina idi. Onlar Qarabağ qaçqınları idilər. Sabinanın anası erməni, atası isə azərbaycanlı idi. Qarabağda müharibə başlayanda, nə Ermənistana, nə də ki, Azərbaycana qaça bilməmişdilər. Bir müddət onlar bizdə qaldılar. Ancaq sonradan da ünsiyyətimiz davam etdi. İndi Sabinanın həyat yoldaşı mənim qrupumdadır. Yaxşı gitaristdir”, – o əlavə edib.

rashid behbudov 54

Kumiri Rəşid Behbudovdur

“Mən Rəşid Behbudov, Polad Bülbüloğlu və Vaqif Mustafazadənin musiqilərinin sədaları altında böyümüşəm”

Bu sözləri isə Camala 24news.com.ua saytına bu ilin mart ayının 8-də verdiyi müsahibədə deyib.

“Mən məşhur nağaraçı Ömər Hakimi də tanıyıram. Azərbaycanda çox güclü vokal, fortepiano məktəbləri var. Azərbaycanda çox sayda istedadlı musiqiçilər var” – o qeyd edib.

dekolte

Dekolte sevmir

Camala dekolde geyinməyi sevmədiyini isə korrespondent.net saytına müsahibəsində bildirib. O deyib ki, kişilərin onun musiqisinə deyil, bədəninə baxmağını heç sevmir. Ona görə də açıq-saçıq geyimlərdən qaçır.

Camalanın “Eurovison 2016”-da qalib olan “1044” mahnısı

{youtube}uv71tmv_c7Q{/youtube}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol