İrina Şeyk ana olmağa hazırlaşır – FOTO

Dünya şöhrətli model İrina Şeykin hamilə olduğu deyilir.

İrina Şeyk ilə Bredli Kuperin sevgi hekayəsi artıq bir ildən çoxdur ki, davam edir. Model öz sevgilisinin ətrafı ilə, xüsusilə də anası ilə yaxşı yola getməyi bacarıb. O Kuperin anasının da könlünü oğurlamağı bacarıb.

Öz növbəsində Kuper də İrinanın anasının könlünü qazanmağa nail olub.

Göründüyü kimi cütlüyün işləri qaydasında gedir. Bu arada ABŞ mətbuatı maraqlı məlumat yayıb. İrinanın artıq hamilə olduğunu deyirlər.

Bu yaxınlarda İrinanı Beverli-Hills yaxınlığındakı malikanədə görüblər. Hər zaman açıq-saçıq və ya dar paltarlara üstünlük verən model, bu dəfə gen paltar geyinib. Amerikalı jurnalistlər hesab edirlər ki, model öz hamilələiyini gizlətməyə çalışır.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol