Azərbaycanlı model “Miss Avrasiya 2016” gözəllik müsabiqəsinin üçüncüsü oldu – FOTO

Azərbaycanlı model “Miss Avrasiya 2016” beynəlxalq gözəllik müsabiqəsində üçüncü yeri tutdu.

Yarışmanın finalı Türkiyənin şəhəri Antalyada baş tutub. Avrasiyanın ən gözəl qızının tacı üçün 40 iştirakçı mübarizə aparıblar.

Qeyd edək ki, azərbaycanlı model Oksana təşkilat komitəsindən müsabiqəyə dəvət edilib. O, “Miss Avrasiya 2016” müsabiqəsinin üçüncüsü seçilib. Model sosial şəbəkə üzərindən hər kəsə minnətdarlığını bildirib.

Onu da qeyd edək ki, o həmçinin “Miss Photo Model Azerbaijan 2012”, “Miss Top of The World-2013-ün” titullarının sahibidir. Oksana, “Miss Globe İnternational 2014-də” və bir sıra başqa beynəlxalq müsabiqələrdə Azərbaycanı təmsil edib.

LuxLife.Az

{gallery}model_oksana{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol