Bakıda sevgi festivalı keçiriləcək

Bu yaxınlarda Bakıda sevgi festivalı baş tutacaq.

Bu barədə “LuxLife”-a tanınmış aparıcı Tural Ozan məlumat verib.

Onun sözlərinə görə, mayın 29-da baş tutacaq festival “Sürprizim var!” adlı təşkilat tərəfindən keçiriləcək. 200-ə yaxın sevgili cütlüyün qatılacağı festivalda müxtəlif yarışlar və maraqlı şou-proqram olacaq.

Yarışlarda ən yaxşı nəticə göstərən sevgililərə mükafatlar veriləcək.

Tural Ozanın aparıcılıq edəcəyi həmin festivala ölkənin tanınmış DJ-ləri qatılacaq. Müxtəlif şirkətlər də öz stendlərini quraraq məhsullarını reklam edə biləcəklər.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol