“Röya açıq fotoları prinsipə çəkdirdi”

Bəstəkar Nailə Mirməmmədli “ATV maqazin onlarla” verilişinə açıqlama verib.

“LuxLife”-ın məlumatına görə, bəstəkar əməkdar artistdən danışaraq, onun sirlərini açıb:

“Bir dəfə Röyaya “Söylə” mahnısını oxutdururdum. Evdə hazırlaşdırıb, studiyaya gətirdim. Səsi zilə qalxmadı, oxuya bilmədi. Əziyyətlə aldığı telefonunu yerə çırpıb, sındırdı. Hirsi soyuyandan sonra girib mahnını oxudu. Sonra Yaltaya müsabiqəyə getdi. Oradan yığdı ki, “Mən tamaşaçıların simpatiyası” adını qazandım. Bakıya qayıtdı, onu heç kim işıqlandırmadı. Onda Röya əsəbiləşdi, getdi dəniz kənarında açıq fotosessiya etdirdi. Hamı başladı bu fotoları yayımladı. Bu bir prinsip idi. Röya dedi, demək, sizə bu lazımdır? Bunu heç yerdə açıqlamayıb”.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol