Məşhur müğənni gəlinliyini satışa çıxardı – FOTO

Mərhum amerikalı müğənni Uitni Hyustonun gəlinlik paltarı hərraca çıxarılıb.

Hərraca çıxarılan gəlinliklə məşhur müğənni 1992-ci ildə Bobbi Braunla ailə qurub. Hyustonun gəlinliyi ilə yanaşı digər şəxsi əşyaları da satılacaq. Bu əşyalar arasında müğənninin mükafatları, zinət əşyaları, geyimləri, pasport və plastik kartları var.

Hərraca çıxarılan lotlar arasında Hyustonun “I Wanna Dance With Somebody” mahnısına görə 1988-ci ildə aldığı “American Music Award” mükafatı, “Grammy” mükafatına nominasiyalar barədə sertifikatlar, “I Will Always Love You” mahnısına görə 1993-cü ildə aldığı “Billboard Award” mükafatı yer alır.

Qeyd edək ki, bütün bu əşyaları hərracda iyunun 24 və 25-də almaq mümkün olacaq. Satışla “Heritage Auctions” hərrac evi məşğul olur. Satışlardan əldə olunan gəlirin ən az 500 min dollar olacağı gözlənilir.

Xatırladaq ki, Uitni Hyuston 2012-ci ilin fevralında, 48 yaşında vəfat edib.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol