Xumar Qədimova: “Bir az kaprizlərim var”

Müğənni Xumar Qədimova “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, ifaçı hələ də konsert verməməyinin sə

bəblərini açıqlayıb.

X.Qədimova bildirib ki, təşkilatçılardan çoxlu təklif alır:

“Türkiyədə möhtəşəm konsert verdim. O qədər gözəl oldu ki… Ona görə rahatlaşdım, illləri doldurdum. İnşallah, yaxın günlərdə yenidən konsert olar. İstəsəm, bu gün elə konsertlərdən çox edərəm. Sadəcə, bir az kaprizlərim var, həm də bacım istəmir. Təşkilatçılar zəng vururlar ki, “Xumar xanım, heç nə etməyəcəksiniz, bir mikrofon gotürüb oxuyacaqsınız. Necə səhnə istəyirsinizsə, deyin, edəcəyik”. Mən hələ fors edirəm (gülür)”.

Müğənni bir neçə gün konsert etməyin əleyhinə olduğunu söyləyib:

“Mən ancaq bir gün konsert verəcəm. İkinci gün olmaz. O məsələdə də eqoistəm. Tamaşaçılar bir az “ac” qalsınlar. Konsert məsələsində çox tələbkaram. Təşkilatçıya həvalə etsəm də, işin üstündə özüm duracam”.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol