Bakılı gənclərin küçə modası – FOTOSESSİYA

“Zuleykha” jurnalının hər ay Bakının müxtəlif ərazilərində keçirdiyi “Baku Street Fashion” layihəsinin bu dəfəki buraxılışı təbii ki, şəhərimizə dəb küləyi əsdirən Azerbaijan Fashion Week tədbiri çərçivəsində baş tutdu.

Dəb sevərləri bir məkana toplayan moda həftəsi çərçivəsində yerli və xarici dizaynerlərin yeni kolleksiyalarını izləməyə gələn dəvətli qonaqlar arasında tanınmış simalar, bloqerlər, modelyerlər, media nümayəndələri tərzli və zövqlü kombinləri ilə nümayişdəki kolleksiyalar qədər diqqət mərkəzində idilər.

Nümayişi izləməyə gələn dəvətli qonaqların əksəriyyəti mövsümün dəb tendensiyalarına əks etdirən, zövqlə seçilmiş günlük luklarla qarşımıza çıxdılar. Yerli və xarici dizaynerlərə məxsus geyimlərlə tədbirdə iştirak edən qonaqlar şıqlıqları ilə göz qamaşdırırdılar.

LuxLife.Az

{gallery}kuce{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol