Məhəmməd Əli öldü dünyasını dəyişdi

Əfsanəvi boksçu 74 yaşında yerləşdirildiyi xəstəxanada dünyadan köçüb.

Əfsanəvi boksçu dünyasını dəyişdi. ANS PRESS-in məlumatına görə, söhbətMəhəmməd Əlidən gedir. İdman dünyasının ən parlaq və məşhur simalarından olan əfsanəvi boksçu bu səhər 74 yaşında dünyasını dəyişib.

Bu barədə NBC telekanalı onun yaxınlarına istinadla məlumat yayıb. Məhəmməd Əli 1980-ci illərdən bəri Parkinson xəstəliyindən əziyyət çəkirdi. İdmançı ABŞ-ın Finiks şəhərindəki xəstəxanalardan birində vəfat edib. İdmançı həftənin əvvəllində tənəffüs sistemində yaranan problemlərlə bağlı xəstəxanaya yerləşdirilmişdi. İdmançının ciyərlərinda problem var idi. Lakin “The Daily Mirror” qəzeti boksçunun səhhətinin ehtimal ediləndən daha pis olduğunu açıqlamışdı.

Son dəfə o, 2014-cü ilin dekabr ayında xəstəxanaya yerləşdirilmişdi.

Əsl adı Kassius Marsellus Kley olan əfsanəvi boksçu Məhəmməd Əli 1942-ci il yanvar ayının 17-də ABŞ-ın Kentukki əyalətində anadan olub.

1964-cü ildə Sonni Listonu məğlub etdikdən sonra Kley İslamı qəbul edir və Məhəmməd Əli adını götürür.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol