3.1 Phillip Lim nümayişindən obraz

Fillip Limin dizayner karyerasının 10 illiyi şərəfinə keçirilən bayram nümayişində modellər podiuma minimalistik makiyaj və əvvəlki kimi aktual “negative space” manikürü ilə çıxıblar.

Üst göz qapağının yarısını tutan lakonik qara və firuzə rəngli xətlər, eləcə də gözün daxili küncündə yüngül ştrix makiyajın əsası olub. Qüsursuz yarışəffaf ton və yüngül parıltı – qarşıdan gələn yazın qız obrazı belədir. Makiyajda əsas vurğu dodaqlara deyil, gözlərə edilməlidir. Saçlar düz xətlə ayrılır və səliqəsiz şəkildə aşağıdan yığılır. Bu isə görünür, yaz-yay mövsümündə populyarlığın zirvəsində qalacaq.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol