Üzdəki qırışlardan xilas olmaq üçün ən yaxşı üsul

Bu türk resepti hətta ən dərin qırışları hamarlamağa kömək edəcək!

Hələ bir neçə il əvvəl dəri özünün təzə görkəmi ilə sizi sevindirirdi, indi is

ə yaranan qırışlar sizi narahat edir? Dərhal bu möcüzəvi resepti tədbiq edin. Bu proseduradan sonra, qırışlar sanki ütülənəcək, dərinizin necə hamarlaşdığının şahidi olacaqsınız.

Yadınızda saxlayın ki, hər bir maska yalnız təmizlənmiş dəriyə sürtülür! Bəzi komponentlər allergik reaksiya doğura bilər, ona görə də həssas dəriyə sahib olanlar bal və darçını daha yaxşı olar ki, siyahıdan çıxarsınlar. Onların əvəzinə yumurta sarısını əlavə edə bilərlər.

İNQREDİYENTLƏR

Qida sodası – 3 xörək qaşığı

Bal – 1 çay qaşığı

1 çay qaşığı maye E vitamini (apteklərdə satılır)

1/4 çay qaşığı üyüdülmüş darçın

4 çay qaşığı süd və ya qaymaq

HAZIRLANMASI

Bütün vəsaitləri qarışdırın, kifayət qədər qatı kütlə alınmalıdır. Boyun və üz dərisinə qalın qatla vurun (gözətrafı istisna olmaqla). 15-20 dəqiqə üzünüzdə quruyana kimi saxlayın, sonra yüngülcə ovun və ilıq su ilə yaxalayın. Proseduradan sonra dərinizdə qızartı və qıclqlanma hiss edəcəksiniz, amma bir qədər sonra elə ilk dəfədən dərinizin hamarlaşdığını və təravətləndiyini görəçəksiniz.

QEYD:

Bu maskanı həftədə iki dəfə etsəniz tezliklə yaşınızı unudacaqsınız. Təmiz, gözəl, cavan, təravətli dəriniz olacaq.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol