“AVRO-2016”ya həsr olunmuş məhdud sayda “Xırdalan” artıq satışdadır

Azərbaycanın pivə bazarının №1 brendi olan “Xırdalan” pivəsinin may ayında 2016-cı il futbol üzrə Avropa çempionatına həsr edilmiş məhdud sayda seriyası satışa çıxarılmışdır.

Brend pivə istehlakçıları arasında uğur qazana bilmişdir və onun turnir zamanı futbol azarkeşlərinin favoritinə çevriləcəyi şübhə doğurmur.

Dünyada ən böyük pivə istehsalçılarından biri olan “Carslberg Group” – idmanın dəstəyinə və inkişafına böyük diqqət yetirir və artıq 30 ildir ki, dünya miqyaslı futbol hadisəsi olan “AVRO 2016” çempionatının rəsmi sponsorudur. “Carlsberg Group”un bir hissəsi olan “Baltika-Bakı” şirkəti flaqman brendi “Xırdalan” ilə “AVRO 2016”nın Azərbaycanda rəsmi sponsorudur.

Bu münasibətlə azarkeşləri və istehlakçıları sevindirmək, həmçinin “AVRO 2016” oyunlarını yaddaqalan və maraqlı etmək üçün “Baltika-Bakı” məhdud sayda Xırdalan pivəsini istehsal etmişdir. Məhsul 2016-cı ilin may ayından satışa çıxarılmışdır. Məhdud seriyada “Xırdalan” brendi nəinki gümrahlıq verərək əhval ruhiyyəni qaldıracaq, eləcə də futbol fanatlarını futbol aləmindən maraqlı faktlarla sevindirəcək. Bu seriyadan butulkalar altı müxtəlif etiket ilə buraxılmışdır. Onların üzərində çempionat tarixinin yaddaqalan hadisələri öz əksini tapmışdır.

İyun ayında “Xırdalan” istehlakçılarını 0.5 litr həcmində dörd butulkadan ibarət 10% endirimli əlverişli mültipak ilə sevindirəcək.

“Xırdalan”ın brend meneceri Maksim Sliva: “Dünya miqyaslı futbol hadisəsinin sponsoru olmaq bizim üçün şərəfdir, mən son dərəcə qürur duyuram ki, əməyimizin nəticəsi olan və bir aydan az müddətdir ki, satışa çıxarılan №1 Xırdalan brendi istehlakçılar arasında böyük rəğbətə səbəb olur. Eyni zamanda, bu sahədə marketinq fəaliyyətimiz də böyük rezonans ilə müşayiət olunur. “Baltika-Bakı” istehlakçılarının zövqlərini və üstünlükərini ön planda tutur və məhz bu səbəbdən biz istehlakçıların qarşısına 4 qablaşdırma formatı ilə çıxmışıq. Beləliklə, hər bir istehlakçıya “öz Xırdalanını” seçmək imkanı verilir”.

Məhdud sayda “Xırdalan” 4 formatlı qablaşmada buraxılmışdır: 0,5 l butulka, 0.5 l banka, 1.5. l PET və 2 l PET.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol