Sevənlər bu mahnını mütləq dinləsin – VİDEO

Müğənni Elşən Cəfərzadə yeni “Sevgi payım” adlı mahnını dinləyicilərə təqdim edib.

Mahnının musiqisi Elçin Məhərrəmov, sözləri Aqil Əsədov, aranjemanı Elvin Musayev, miks-masteri Yaşar Baxışa məxsusdur. “Sevgi payım” Türkiyədə türkiyəli musiqiçilər tərəfindən səsləndirilib.

Uzun müddətdir bu mövzuda mahnı axtarışında olan E. Cəfərzadə bir çox müğənnilərin dinləyicilərə keyfiyyətsiz işlər təqdim etdiyini də gizlətmədi: “Bu mahnını çalan musiqiçilər Murat Boz, Gülşənin musiqiçilərdir. Bu cür mahnı professional olmalıydı. Xoşbəxtlik mahnısı üçün bütün bəstəkarlara müraciət etmişdim. İnsanlar nə qədər sevib ayrılarlar? Bu cür mahnılar oxumaqdan bezmişdim. “Sevgi payım”ı sevib qovuşan, toyu olanlar üçün oxumuşam. Mahnıda səsimin tembri bilinir. 7-8 minə toya gedib xaric oxuyanlardan deyiləm. Üstəlik, dinləyicilərə də təqdim edilən məhsullar çox səviyyəsizdir. Müğənnilər dinləyicini ciddiyə almırlar, “tutar tutar, tutmaz tutmaz” deyirlər. Mahnıların aranjeman, musiqisi, kantası, səsləndirməsi bərbaddır. “Az iş görüm, amma professional olsun” deyənlərin sayı çox azdır. Gündəmdə olan musiqilərin əksəriyyəti plogiatdır. Bu ölkədə səsləndirmədə professional olan bir nəfər var, o da Yaşar Baxışdır. Türkiyə bu cür məsələlərdə daha çox dünya standartlarına uyğundur”.

“Sevgi payım” artıq radio dalğalarında səslənir və hit-paraddadır. Mahnıya tezliklə klip çəkiləcək. Klipi Türk rejissoruna həvalə ediləcək.

Xatırladaq ki, “Azər-star” müsabiqəsinin finalçısı olan E. Cəfərzadə Əlibaba Məmmədov, Məmmədbağır Bağırzadə, Teymur Əmrahın tələbəsi olub.

LuxLife.Az

{youtube}Ydkll9Xo6OA{/youtube}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol