Azərbaycanlı müğənni ana olacaq – Uzun sürən həsrətdən sonra

Bir zaman populyar və şou-biznesmizin ən cazibədar müğənnilərindən Kəmalə Qaramollayeva ilk dəfə ana olmağa hazırlaşır.

Atv.az-ın məlumatına görə, dörd ildir ki, evlilik həyatı sürən Kəmalə artıq hamiləliyin 3-cü ayındadır.

Bu barədə açıqlama verən Qaramollayeva “Həyat yoldaşımla birgə şəhərimizin ən savadlı, tanınmış həkimlərinin yanında olmuşuq. Hamı mənə deyirdi ki şans azdı – 100-də 90 faiz olmayacaq!

Amma Allah böyükdü – nəhayət, bu sevinci mənə də bəxş etdi. Həkim özü də təsdiqlədi ki, bu möcüzədir”, – deyən müğənni həyəcanlanaraq “Sizin vasitənizlə bütün övlad arzusunda olan qadınlara səslənib demək istəyirəm ki, kim nə deyir desin…Ümidinizi kəsməyin!” söylədi.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol