Azərbaycanlı müğənni biznes qurmağa hazırlaşır

Müğənni Gülay Zeynallı tədbirlərin birində fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.

İstirahətdən yeni qayıdan ifaçının dəri rəngi xeyli tündləşib.

G.Zeynallı bildirib ki, bu il  Antalyanın Belek bölgəsində dincəlib:

“İstirahətdən yeni gəlmişəm, işlərimin başındayam. Enerji yığıb, yeniliklər edirəm”.

İfaçı son günlər toy məclislərinin az olmasından danışıb:

“Toysuzluqdan gileylənmirəm. Əvvəlki illərə nisbətən toy zəifdir. Amma ruzini verən Allahdır, şikayət etmirəm”.

G.Zeynallı biznes qurmaq barədə düşündüyünü deyib:

“Biznesim yoxdur. Amma gələcəkdə bununla bağlı planlar qururam. Özünə biznes quran sənətçilərə də uğurlar arzulayıram”.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol