Musiqinin uşaqların inkişafına təsiri

Musiqi insan dünyaya gəldiyi andan onun həyatında güclü mədəni təsirə malikdir.

O, estetik və mənəvi zövqün ən ali mənbəyidir. Məhz buna görə də müasir uşaqların bədii-estetik tərbiyəsində, şəxsiyyət kimi formalaşmasında musiqinin əhəmiyyətli rolu var.

Körpələr və musiqi

Körpələrdə musiqini, onun ritmini, səsin gücünü, yuxarı və aşağı notları qavramaq qabiliyyəti erkən aylarda yaranır. Tədqiqatlar göstərmişdir ki, uşağın doğulanadək eşitdiyi musiqi onun inkişafını sürətləndirir. Hamiləliyinin 28-ci və 36-cı həftələrində musiqi dinləyən anaların uşaqları səslərə başqalarına nisbətən daha tez reaksiya verir, onlarda melodiyaları tanımaq qabiliyyəti özünü göstərir. Belə uşaqların yaddaşları da yaxşılaşır. Araşdırmalar nəticəsində məlum olub ki, Motsart və Vivaldi kimi dahi bəstəkarların musiqisi ana bətnində olan uşaqların əksəriyyətinə müsbət təsir göstərir.

Musiqinin uşaqların inkişafına təsiriUşaq həyatının ilk 6 ili çox vacib mərhələdir. Bu zaman sinir sistemi və beyin sürətlə inkişaf edir. Musiqi məktəblərinin çoxunda təhsil 6-7 yaşdan başlanır. Əgər 3-4 yaşlarında musiqi təhsilinə başlayan uşaq haqqında eşitmisinizsə, bunu onun valideynlərinin musiqiçi və ya özünün vunderkind olması ilə əlaqələndirmək olar. Pedaqoqların çoxu bu yaşda olan uşaqlarla işləməkdə çətinlik çəkirlər.

Övladınız 15 dəqiqə ərzində diqqətini bir yerə cəmləmək xüsusiyyətinə sahibdirsə, o zaman musiqi dərslərinə başlaya bilər. İlk 3-5 ay ərzində onu yormamaq üçün dərsin müddəti yarım saatdan çox olmamalıdır. Söhbət uşağın musiqi inkişafından gedirsə, həftədə 2 dəfə dərslə kifayətlənə bilər. Lakin hər hansı musiqi alətində ifa etməyini istəyirsinizsə, həftədə 5-6 dəfə pedaqoqla məşğul olmaq onun inkişafına müsbət təsir göstərəcək. Mütəxəssislər bildirirlər ki, musiqi alətində ifa edən uşaqların yaşıdları ilə müqayisədə yaddaşı nisbətən güclüdür, dərslərini daha yaxşı oxuyur və zəngin söz ehtiyatına sahib olur.

Musiqinin uşaqların inkişafına təsiri

Yaşa uyğun musiqi alətinin seçilməsi

Tək musiqinin üslubu deyil, onun ritm və tonallığı, hansı musiqi alətində ifa olunması da mühüm haldır. Hər bir musiqi alətinin səsi insanın orqanizminə müəyyən bir təsir göstərir. Bəs uşağın marağına, yaşına uyğun və sağlamlığına müsbət təsir göstərəcək musiqi alətini necə seçməli?

Pianino, fortepiano. Bu klassik musiqi alətini çoxlarını seçir və bu, tamamilə düzgün addımdır. Fortepianoda ifa etmək uşağın musiqi duyumunu inkişaf etdirir, diqqətini cəmləşdirmək bacarığını yaxşılaşdırır. Musiqi təhsilinə başlamaq üçün ideal yaş həddi 3-4 yaşdır.

Musiqinin uşaqların inkişafına təsiri

Simli alətlər: gitara, arfa, skripka, violençel – ürək və qan-damar sisteminin işini normallaşdırır. 6-7-8 yaşlardan etibarən başlamaq məsləhətdir.

Nəfəsli alətlər – truba, saksafon, trombon, klarnet tənəffüs sisteminin fəaliyyətinə kömək etməklə, ağciyərləri və bronxları təmizləyir, qan dövranına müsbət təsir göstərir. Lakin burada musiqi duyumu ilə yanaşı, uşağın tənəffüs sisteminin də qaydasında olması şərtdir. Nəfəsli alətlər üzrə musiqi təhsilinə başlamaq üçün uyğun yaş 11-12 yaşdır.

Zərb alətləri isə öz növbəsində, ürək ritminin bərpa edilməsinə, qan dövranı sisteminə və qaraciyərə müsbət təsir göstərir. İdeal yaş – 8-10 arasıdır.

Qarmon və ya akkordeon ifası qulağa xoş təsir bağışlasa da, onların çəkisi bəzi uşaqlar üçün ağır ola bilər. Əgər övladınızın bu musiqi alətlərindən birinə marağı varsa, təhsilə başlaması üçün ən uyğun yaş 7-dir.

Musiqinin uşaqların inkişafına təsiri

Psixoloqlar uşaqların musiqinin müsbət təsirlərindən faydalanması üçün valideynlərə bunları etməyi məsləhət görürlər:

1. Erkən yaşlardan etibarən sənətlə vəhdətdə olmasını təmin edin.
2. Fəaliyyət növünü seçdikdən sonra isə ən azı bir ay “sınaq” müddəti qoyun. Bununla həm siz, həm də uşaq fəaliyyətin ona uyğun olub-olmadığına qərar verəcəksiniz.
3. Teatra, rəqs nümayişlərinə, rəsm sərgilərinə və konsertlərə gedin.
4. Evdə musiqi alətləri saxlayın və məktəblə bağlı layihələrdə onlardan istifadə etməsinə imkan yaradın.

Musiqinin uşaqların inkişafına təsiri

Musiqi terapiyası

Lakin musiqinin insanlar üzərində təsirləri təkcə bununla bitmir. Müasir dövrdə musiqi terapiyası mövcuddur ki, bu da somatik və psixi xəstəliklərdən əziyyət çəkənlərin müalicəsi və reabilitasiyasında mühüm vasitələrdən biri kimi tətbiq edilir. Terapiya zamanı həkim musiqinin müşayiəti altında xəstələrə həm dərmanla, həm də şifahi deyimlərlə təsir göstərməyə çalışır. Musiqi terapiyası stomotologiyada, cərrahiyədə, ginekologiyada, kardiologiyada və diksiyanın korreksiyası zamanı loqopediyada da tətbiq olunur. Psixiatriyada nevrozdan tutmuş şizofreniyanın bəzi formalarına qədər olan xəstəliklərin müalicəsində də musiqi terapiyası müsbət nəticələr verir.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol