Toyota-dan Nissan-a yeni rəqib – FOTO

Sınaqlarda bir neçə dəfə gözə dəyən yeni prototip, artıq kiçik ölçülü SUV seqmentində – Auris Cross adı ilə yer alacaq. 

Beləliklə, C-HR şou-karın motivləri əsasında hazırlanan seriya krossoverin rəsmi təqdimatının Cenevrədə baş tutacağı gözlənilir. Satışlarına isə 2016-cı ilin yayında start veriləcək.

“LuxLife” 4charx.com-a istinadən bildirir ki, “parketniki” Auris Cross adlandıracaqlar. Əslində 2012-ci ildən istehsalda olan müasir Airus modeliylə heç bir əlaqəsi yoxdur. Avtomobilin əsasını növbəti nəsl Prius hibridində olduğu kimi, yeni TNGA (Toyota New Global Architecture) modul platforması təşkil edir. Əsas özəlliyi sinfində faktiki olaraq ilk dəfə hibrid güc aqreqatı ilə təchiz edilməsidir. Subkompakt krossover benzin-elektrikli tamötürməli (4 silindrli və variatorlu) mühərrik əldə edib. 

Qəhrəmanımız, C-HR konceptindən fərqli olaraq üç qapılı deyil, öyrəşdiyimiz və praktik olan beş qapılı banla (kuzov) təmin ediləcək. Ölçüləri Nissan Juke ilə təxminən eynidir, salonun həcmi isə daha böyük – Qashqai modeliylə müqayisə oluna bilər.

Sonda qeyd edək ki, Auris Cross avtomobili Nissan Jeke ilə yanaşı, Opel Mokka, Honda HR-V, Mazda CX-3 və Peugeot 2008 modelləriylə də rəqabət aparacaq.

LuxLife.Az

Toyota-dan Nissan-a yeni rəqib - FOTO

Toyota-dan Nissan-a yeni rəqib - FOTO

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol