Müğənni Abbas Vergilər Nazirliyini ifşa etdi

Mən hələ bu qədər özbaşınalıq görməmişəm.

Mənə bir vergi idarəsinin əməkdaşı zəng vurdu, iki ay öncə mənə onun toy məclisində iştirak etməyimi söylədi. Təəssüflər olsun ki, iştirak edə bilmədim. Başqa tədbirdə olmalı idim. Daha sonra vergi əməkdaşı mənə sərt reaksiya verdi, söylədi ki, məni əlavə dəyər vergisinə cəlb edəcək.

Criminal.az bildirir ki, bu sözləri əməkdar artist Abbas Bağırov İnstaqram-da yazıb.

Müğənni qeyd edib ki, vergi işçisi onu əlavə dəyər vergisinə cəlb edib: “Bu gün mənə zəng vurublar ki, sizin 30 min manat borcunuz var və siz ƏDV-yə düşdünüz. Sübutsuz və mənimlə heç bir hesabat almadan bu addımı atdılar. Belə şey başıma birinci dəfə gəlmir. 10 min manata toya gedirəmsə, onun hamısını vergi əməkdaşı necə hesablaya bilər? Bəs mənimlə çalışan musiqiçilər nə qazanır? Çəkilən kliplərə, mahnılarımın aranjmanlarına, toyda mənimlə birgə gedən musiqiçilərin alətlərinin yenilənməsinə xərclənən pullar hardandı? Kimə şikayət edək? Belə özbaşınalıq olmaz”.

“Qazandığım puldan vergi ödəməliyəm, qazanmadığımdan yox” deyə müğənni vergi borcunu sübut edən qəbzin fotosunu İnstaqram-da paylaşıb.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol