Soyunan aparıcını AZTV-dən qovdular

Soyunan aparıcısı Fariz İlyasov AzTV ilə sağollaşıb.

“LuxLife” 1xəbər.com-a istinadən bildirir ki, gənc aparıcı bu barədə özü məlumat yayıb. Fariz dövlət televiziyasında yayımlanan MAG verilişi ilə yollarını ayırdığını bəyan edib və onu televiziyaya bəxş edən və “MZ Production” şirkətinin rəhbəri Üzlüfət Qasımovaya təşəkkürünü bildirib.

Sonda isə MAG-dan ayrılmağını bir başlanğıc olduğunu qeyd edib: “Bu, son deyil, başlanğıcdır! Belə bir başlanğıc etdiyim üçün şanslıyam. Mənə dəstək olan, uğurlarıma sevinən və hər zaman sevgisini, diqqətini üzərimdən əksik etməyən izləyicilərimə minnətdaram. Sevginiz qarşılıqlıdır, var olun!” Fariz artıq aparıcılıq fəaliyyətini BMF Youtube kanalında davam etdirir. O, “İnformer” verilişinin aparıcılarından biridir.

Qeyd edək ki, “MZ Production” şirkətinin rəhbəri Üzlüfət Qasımova iyulun 22-də MAG verilişinə yeni aparıcı axtarması barədə sosial şəbəkədə elan vermişdi.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol