Stil ikonası: Nigar Nəzərova – FOTO

“Buro 24/7” beynəlxalq onlayn-layihəsinin Azərbaycan versiyasının baş redaktoru, gənc, ambisiyalı və incə zövqlü Nigar Nəzərova “Nargis” jurnalına müsahibə verib.

O, müsahibəsində rəqəmsal dünyanın imkanları və onun moda sənayesi ilə əlaqələri haqqında fikirlərini bölüşüb.

Buro 24/7 Azerbaijan haqqında:

Bizim layihənin digər versiyaları ilə ümumi məlumat bazası var, ancaq Azərbaycan versiyasını fərqləndirən əsas cəhət ilk növbədə doğma dilimizdə dərc olunmağıdır. Biz bilavasitə Azərbaycana aid olan hadisə və xəbərləri maksimum əhatə edirik, vacib tədbirlərdə iştirak etməyə və hər şeydə birinci olmağa çalışırıq.

Çap, yoxsa onlayn? 

Onlayn rejimdə çalışmaq mənim üçün yeni fəaliyyat sferasıdır. İş vaxtı sözün birbaşa mənasında 24/7 rejimindədir, çünki böyük informasiya axını gəlir və bu da Buro saytının əsas fəaliyyat prinsipidir. Jurnalda bu mənada hər şey daha sadədir. Bir neçə buraxılış öncə sən nə etməli olduğunu bilirsən, işi qrafikinlə uyğun şəkildə paylaşdırırsan, nəyisə planlaşdırmaq və dəyişmək imkanı var. Onlayn işdə hər şey tamamilə əksinədir, vəziyyət hər dəqiqə dəyişə bilər, nə qədər hazırlaşsan da bunun heç bir əhəmiyyəti yoxdur. Materialı vaxtında hazırlamaq və paylaşmaq lazımdır. Əlbəttə ki, onlayn-işdə materialları mütəmadi olaraq yeniləmək imkanı var.

Stil ikonası: Nigar Nəzərova

Dəb haqqında:

Dəb – öz gözəlliyini və individuallığını vurğulamaq imkanıdır. O, çoxdan mədəniyyətin bir hissəsi və bir növ həyat güzgüsü olub. Mənim üçün dəb ilk növbədə üzərində biznesin qurulduğu incəsənətdir, mənim işim isə bununla bilavasitə bağlıdır. Dəbdə daim yeniliyə can atmaq mənim çox xoşuma gəlir.

Palto Dior, ayaqqabılar Christian Louboutin, boyunbağı Tiffany & Co

Şoppinq haqqında:

Mağazaları gəzməyi çox sevirəm. Mənim üçün bu, bir növ Spa-ya getmək kimi bir şeydir, hər şeyi unudursan və fərqli dünyaya düşürsən. Hər şey isə çoxlu sayda gözəl paketlər və məmnunluq hissi ilə başa çatır. Onlayn-şopinqə gəlincə, bu da həzdir, ancaq bir az fərqlidir. Tez-tez öz ölçünün olmaması ilə qarşılaşırsan və bu zaman köməyə onlayn variantlar gəlir. Mənim üçün onlayn-şopinq də bir növ terapiyadır. Sifariş haqqında unutduğun zaman onu almaq çox xoşdur.

İnternet və onun müasir mədəniyyətə təsiri:

Kompyuterlər, qacetlər, internet artıq bizim həyatımızın bir hissəsidir və incəsənət, moda, elm də daxil olmaqla, bir çox sahələrə qarşısı alınmaz dəyişikliklər daxil ediblər. Müasir həyat o qədər dinamik və çoxtərəflidir ki, düşünürəm, kağız nəşrləri yaxın illərdə elektronika əvəzləyəcək. Ancaq bütün bunlara baxmayaraq, mən özüm hələ də kitablara üstünlük verirəm!

Nigar Nazarova

Instagram haqqında:

Bir çoxları səhəri xəbər lentini nəzərdən keçirməklə açırlar. Bu, artıq bir növ vərdişdir.

Şalvar, yoxsa don?

Hər şey şalvar və dondan asılıdır. Şalvarlar zərif, don isə əksinə, sərt ola bilər. Qadın həmişə nə geyinməyindən asılı olmayaraq, zərif qalmalıdır.

Əsas aksessuarlar haqqında:

Fikrimcə, zinət əşyaları istənilən geyimin lazımi atributudur. Mənə elə gəlir ki, onlarsız qadının yaratdığı obraz natamam olur, xüsusilə də sırğa və üzüksüz.

Nigar Nazarova

Dəbdən düşməyən əşyalar:

Cinslər və qırmızı dodaq boyası

Sevimli brendlər:

Lanvin brendinin zərif stilini və geyimlərdə xətlərin hamarlığını bəyənirəm, Celine həmişə yaxşı variantdır, Marni isə öz stilinə həmişə sadiqdir.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol