Azərbaycanda qeyri-adi toy – VİDEO

Azərbaycanda qeyri-adi toy mərasimi təşkil olunub.

Toy bir müddət öncə baş tutsa da görüntüləri toy sahibi bu günlərdə Bizimyol.info-ya göndərib. Hərbçi toyunun ilk dəqiqələrində himn səslənib. Daha sonra isə hərbçi olan bəy qonaqlardan Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda şəhid olan əsgərlərin bir dəqiqəlik sükütla yad edilməsini xahiş edib. Bundan sonra vətənpərvərlik ruhunda hazırlanmış videoçarx qonaqlara təqdim olunub.

Vətənpərvər cütlük toylarının maraqlı keçməsi üçün bir çox fərqliliklər edib. Toyun sonunda “Əsgər Marşı” səslənib və hərbi formalı şəxslərin müşaiəti ilə aş süfrəyə gətirilib.

Toyun müxtəlif hissələrində isə hərbi forma geyinmiş rəqqaslar müxtəlif rəqslərlə qonaqların marağına səbəb olublar.

LuxLife.Az

{youtube}IhRbRZAyQbI{/youtube}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol