Qoltuq altındakı iylərdən xilas olmaq üçün ən etibarlı vasitə

Bu xəbərin başlığı və foto çoxları üçün bəlkə də zarafat kimi görünə bilər.

Amma ölkəmizdə son dövrlər sürətlə populyarlaşan vasitə məhz budur.

Son dövrlər Azəraycan vətəndaşları heç bir effekti olmayan bahalı antipersperantlardan imtina etməyə başlayıblar. Buna səbəb isə Teymurova pastasının daha effektli olmasıdır.

Ayaqdan iy gəlməməsi üçün hazırlanmış bu pastalar, sən demə qoltuq altından gələn iylərin də qarşısını çox effektiv ala bilir. Üstəlik də lazımi həcmdə istifadə etdikdə paltarlarda da iz buraxmır. 

Artıq antipersperantlardan imtina edən Ləman adlı xanım deyir ki, əvvəllər qoltuq altından gələn iylərdən xilas olmaq üçün külli miqdarda pul xərcləyirdi. Amma lazım olan nəticəni ala bilmirdi. İndi isə ən sadə üsulla daha effektiv nəticəyə nail ola bilir. 

Seçim sizindir. Ya qiyməti 6 manatdan yuxarı olan antipersperantlar, ya da ki, apteklərdə çox ucuz qiymətə satılan Teymurova pastası. 

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol