Azərbaycanlı modelin göz oxşayan əndamı – FOTO

“Miss Azərbaycan-2015” yarışmasının qalibi Culiya Qreys (Julia Grace) PrimeTime.Az-ın “Tet-a-Tet” rubrikasında qonaq olub.

Kiçik söhbətimizə Culiyanın yeni imza atdığı fotosessiyası haqda danışmaqla başladıq.

– Mən ümumilikdə adi həyatdan qaçan insanam . Dəyişikliklər, macəra axtarışındayam. Bu lahiyədə az da olsa fəqlənmişəm, Avropa tərzinə yaxın olmağa çalışmışam.

-Şəkillərdən də görünür ki, cəsarətli və kompleksiz xanımsız. Sizi nə zamansa “nude”(çılpaq) fotosessiyada görə bilərik?

-Xeyr, heç vaxt “nude” şəkillər çəkdirmərəm. Bu qərarımın müxtəlif səbəbləri var. Əslində, mən model deyiləm. Sadəcə Allah mənə gözəllik bəxş edib deyə, bundan istifadə edirəm.

-Hər zaman formada olmağınızın sirri nədir?

-Düzünü desəm, nə pəhriz saxlayıram, nə də ki, idmanla məşğul oluram. Ürəyim nə istəyir, onu da yeyirəm. Düşünürəm ki, bu bədən quruluşu Allahdan mənə gələn paydır.

-Xarici görünüşüz böyük layihələrdə iştirak etməyə imkan verir. Amma nədənsə sizi irimiqyaslı işlərdə görmürük.

– Ölkə xaricindən gələn təklifləri qəbul edərəm. Xaricdə keçirilən böyük layihələrdə iştirak edərəm. Amma Bakıda istəmirəm.

LuxLife.Az

{gallery}mdl{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol