Rövşən Lənkəranski sağdır – YENİLƏNİB

Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin qətlə yetirilməsi ilə bağlı redaksiyamıza xəbər daxil olub.

15:40

Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin güllələnməsi ilə bağlı xəbər vermişdik.

Bu dəqiqələrdə Azərbaycanın İstanbuldakı konsulluğundan bizimyol.info-ya bildirilib ki, Rövşən Lənkəranski bir neçə dəqiqə bundan qabaq vəfat edib. Yaxın dəqiqələrdə Xarici İşlər Nazirliyi də bununla bağlı məlumat yayacaq.

Vətandaşımızın yaxınlarına və doğmalarına dərin hüznlə başsalığı veririk.

—————–

14:21

Ötən gecə İstanbulda silahlı hücuma məruz qalan azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranski dünyasını dəyişməyib, o, hazırda İstanbul Şişli Etfal Xəstəxanasında reanimasiya şöbəsindədir. Bu açıqlamanı lent.az-a Şişli Etfal Xəstəxanasından veriblər. Telefonumuza cavab verən xəstəxana əməkdaşı bildirib ki, ötən gecə xəstəxanaya gətirilən azərbaycanlı yaralı ölməyib və hazırda reanimasiyadadır: “Mən xəstəni az öncə görmüşəm, o ölməyib, reanimasiyadadır”.

Xəstəxanadakı polislərdən də hadisə ilə bağlı məlumat almağa çalışsaq da, polis əməkdaşları istintaq sirri olduğu üçün heç bir açıqlama vermədilər.

——————

11:20

“Qafqazinfo”ya verilən məlumata görə, Lənkəranski bu gecə Türkiyədə qətlə yetirilib. Onunla bərabər sürücüsü də öldürülüb.

***

Hadisə haqqında Türkiyə mediası da məlumat yayıb. Məlumatda Lənkəranskinin vurulduğu qeyd olunsa da, ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilib.

Faktla bağlı təfərrüatları əldə etməyə çalışırıq.

***

Qeyd edək ki, Lənkəranski Azərbaycan dövlət nömrə nişanlı avtomobildə olub. Maşının nömrəsi isə 90-ND-011-dir.

***

Yaxınlarının “Qafqazinfo”ya verdiyi məlumata görə, Lənkəranski çoxlu sayda güllə yarası alıb. Hazırda Rövşənin qardaşı da təcili Türkiyəyə gedib.

Qeyd edək ki, son vaxtlar Rövşən Lənkəranskinin qətlə yetiriləcəyi ilə bağlı Rusiya mediasında xəbərlər yer alırdı. Ded Xasanın qətlini təşkil etməkdə ittiham olunan azərbaycanlı “vorzakon”un öldürülməsi ilə bağlı qərar çıxarıldığı da bildirilirdi. Onu da əlavə edək ki, bu qərar Ded Xasanın ölümündən sonra onun yerinə keçən Şakro Molodoy tərəfindən verilib.

***

Əldə etdiyimiz məlumata görə, Rövşənin vurulduğu avtomobil Süleymanov Coşqun Hidayət oğlunun adınadır.

LuxLife.Az

{gallery}rovshan{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol