30 yaşdan yuxarı kişini sevməmək üçün 20 səbəb – FOTO

Qızlar nəyə görə 30 yaşlı kişi ilə münasibət qurmamalıdır. Bu məqalədə əbədi problemə cəsarətli kişi baxışı ilə tanış olacaqsınız.

1. Biz, otuz yaşından yuxarı kişilər heç kimə inanmırıq. Xüsusilə də qadınlara. Ona görə də özümüzün formalaşdırdığımız dünyamıza heç kimi rahatlıqla buraxmırıq.

2. Biz hər şeyə özümüz nail olmağa öyrəşmişik. Bu səbəbdən də bizimlə tanışlıqda ilk addımı atmaq böyük səhvdir.

3. Bizim artıq formalaşmış fikirlərimiz var. Elə buna görə də çox vaxt çəkilməz biriyik.

4

4. Biz həyatın mənası barədə tez-tez həyatda öz yerini tapmış fikirləri öz xeyrimizə dəyişməyə çalışırıq.

5. Biz nə istədiyimizi yaxşı bilirik. Elə ona görə də qadınla necə davranmaq lazımdır kimi sualar bizə dırnaqarası gəlir. Belə qaydalar ümumiyyətlə mövcud deyil.

6. Biz artıq nağıllara inanmırıq. Ona görə də ideallarımız yoxdur. Bizimlə münasibətdə demokratiya mümkün deyil. Mümkün olan idarə forması yalnız sərt patriarxat idarəçilikdir.

7. Biz çox rasionalıq. Sevgiyə inanmırıq. Bu səbəbdən də hisslərə qapılaraq hansısa düşünülməmiş hərəkətlər etməyimiz mümkün deyil.

1

8. İnsanları yaxşı tanıyırıq. Buna görə də elə ilk söhbətdən sonra sizin nə mal olduğunuzu anlayacağıq. Artistlik eləyərk özünüzü olmadığınız kimi göstərməyə çalışmayın. Biz gülərüz görünsək də artıq sizin kim olduğunuzu anlamışıq.

9. Biz qadınların hansı üsullardan istifadə edərək kişiləri yoldan çıxarmağa çalışdıqlarını bilirik. Ona görə də ürəyimizin qapısını çox yaxşı mühafizə etməyi də bacarırıq. Bizim müdafiəmiz çooox etibarlıdır.

10. Bizim qəlbimizə gedən yol mədəmizdən də keçmir. Çünki artıq özümüz çox gözəl yeməklər bişirməyi bacarırıq.

11. Seksual münasibətlər də bizim üçün problem deyil. 30 yaşa qədər öz həyatımızı istədiyimiz formada zənginləşdirməyə imkan tapmışıq.

12. Qadının əlçatan olmasından doğan seks bizim üçün artıq həyəcanlı bir şey deyil. Biz bunu kişi ilə qadın arasındakı ünsiyyətin sadəcə yüksək forması kimi dəyərləndiririk.

13. Biz ailə qurmaq, ailə-uşaq sahibi olmaq barədə tez-tez danışırıq. Əlbəttə! Amma əslində bizə belə bir şey lazım deyil. Lazım olsa idi, çoxdan etmşdik.

3

14. Bizi tənhalıq qorxutmur. Əksinə biz özümüzlə təklikdə qalanda çox maraqlı olur. Eə bu səbəbdən də siz də bu kampaniyaya qoşulsanız maraqlı olacaq.

15. Biz istirahət günlərində səhərdən axşama qədər evdə otura bilərik.

16. “Kişi belə etməlidir”, “kişi elə etməlidir” kimi cümlələri biz sadəcə təbəssümlə qarşılayırıq. Çünki biz nəyi necə etmək lazım olduğunu çox yaxşı bilirik.

17. Biz vicdan və vicdan əzabı haqqında çoxdan unutmuşuq. Göz yaşları, yaltaqlanmaq, küsmək, naz eləmək, köməksiz görünmək kimi üsullar bizim üçün axmaq bir oyundur. Biz istənilən manipulyasiyanı anında görürük. Belə yerlərdə qadının qısa ətəkləri də karına gəlməz.

18. “Sən hissiyyatsız öküzsən” ittihamı ilə biz olduqca sakit bir tərzdə razılaşırıq.

2

19. “Sən kişi deyilsən” frazası da artıq bizi incitmir.

20. Bizim gönümüz çox qalınlaşıb. Həyatın hər cür zərbəsinə dözümlüdür.

Elə bu səbəblərdən də, əziz xanımlar, özünüzə 20 yaşlarından bir gənc taparaq həyatdan zövq almağa çalışın. Həmin gənc 30 yaşında kişi olana qədər həyatınız çox xoşbəxt olacaq. Xoşbəxtlik üçün isə 10 il az müddət deyil.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol