Cey Lo keçmiş ərinə sürpriz etdi – VİDEO

Bir neçə gün əvvəl sevgilisi Kasper Smartdan ayrılan müğənni Cennifer Lopez keçmiş həyat yoldaşına sürpriz edib.

O, uşaqlarının atası müğənni Mark Entoninin konsertində səhnəyə çıxıb. Onlar birgə mahnılarından bəzilərini səsləndiriblər.

Qeyd edək ki, bu, 2004-cü ildə evlənib 2011-ci ildə boşanan cütlüyün ayrıldıqdan sonra ilk birgə çıxışları deyil. 2012-ci ildə də Cey Lo və Mark Puerto Rikoda “No me ames” mahnısını oxumuşdular.

{youtube}UgBRf43avW0{/youtube}

{youtube}GE_JQDhb_Zk{/youtube}

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol