Azərbaycanlı qız İnstaqrama görə ərə gedə bilmədi – VİDEO

Esra Erolun evlilik proqramına növbəti azərbaycanlı qız qatılıb.

Esmira adlı qız proqramdakı Alper adlı oğlana namizəd olub.

22 yaşlı qız ailəsinin Bodrumda yaşadığını deyib.

Gözəlliyi ilə hər kəsi heyran edən Esmiranı Alper də bəyənib. Çay içməyə gedən cütlük növbəti gün qərarını açıqlayıb. Alper münasibətlərinin alınmayacağını bildirib.

“İnstaqram profilimi izlədi və mənə mesaj yazdı ki, alınmaz. İnsanı keçmişinə görə dəyərləndirir. Onun istəyi ilə geyim tərzimi belə dəyişə bilərdim. Əylənməyi sevən biriyəm. O isə ev xanımı axtarır”, – deyə Esmira söyləyib.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol