İsmayılov “yağlı tikə”ni Kərimova uduzur

Azərbaycan əsilli müflis oliqarx Telman İsmayılovun Dağıstandakı əlaqələrindən istifadə edərək Mahaçqala dəniz ticarət limanını almaq səyləri boşa çıxır.

Virtualaz.org “Forbes”in rus versiyasına istinadən xəbər verir ki, illərdir neft oğurluğunun və qaçaq neft nəqlinin baş alıb getdiyi, formal olaraq dövlət mülkiyyətində olan, əslində isə korrupsioner-kriminal qruplaşmaların nəzarət etdiyi liman istənilən vaxt dağıstanlı milyarder-oliqarx Süleyman Kərimovun nəzarətinə keçə bilər.

Süleyman Kərimov bu “yağlı tikə”ni ələ keçirmək üçün hiyləgər sxem qurub. 2008-2009-cu illərdə liman “Sberbank”dan 550 milyon rubl kredit alıb və qaytarmayıb. Bank 2010-cu ildə borcu faizləri ilə birlikdə geri tələb etməyə başlayıb. Belə bir vaxtda Kərimovun “Nafta Moskva” şirkətlər qrupuna bağlı “Arolia Holding” offşor şirkəti dövrəyə girib və limanın borcunu alıb.

2014-cü ilə qədər bu borc şişərək 1.1 milyard rubl olub. “Mahaçqala dəniz ticarət limanı” ASC “Arolia Holding”ə 487 milyon rubl ödəsə də bu pulu ancaq faiz borcuna çıxıblar. Bu il isə borc şişərək 1.8 milyarda çatıb. Bundan 487 milyon rublu çıxanda liman oliqarxa 1.3 milyard ödəməlidir. Hazırda Kərimovun offşor şirkəti limanla məhkəmə çəkişməsindədir və həmin məbləği tələb edir. Dağıstandakı mənbələr bildiriblər ki, istənilən vaxt “Arolia Holding” limanın müflis elan edilməsini tələb edə bilər və bu iddia təmin olunacaq. Nəticədə ilin sonunda özəlləşdirməyə çıxarılması gözlənilən liman qəpik-quruşa Kərimovun nəzarətinə keçəcək. T.İsmayılovun isə bu limanı alaraq hazırda düşdüyü müflis durumdan xilas olmaq ümidləri boşa çıxır.

Bakunews.net

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol