Prezident Sumqayıtda – YENİLƏNİB

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıta səfər edəcək.

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtda Uşaq İncəsənət Məktəbinin açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Uşaq İncəsənət Məktəbinin binasının tikintisinə keçən ilin dekabrında başlanılıb. İnşaat işləri yüksək keyfiyyətlə görülüb. Üçmərtəbəli binada 80 otaq var. Məktəb yeni avadanlıqla təmin olunub.

Qeyd edildi ki, Uşaq İncəsənət Məktəbində 226 müəllim tədrislə məşğul olacaq. Məktəbdə ümumilikdə 800-dək şagird təhsil alacaq.

————

11:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Sumqayıtda Şahmat Məktəbinin açılışında iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə Şahmat Məktəbinin binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidentinə məlumat verildi ki, tikintisinə ötən ilin dekabrında başlanılan ikimərtəbəli binanın sahəsi min kvadratmetrdir. Məktəb yeni və müasir avadanlıqla təmin olunub. Burada 25 qrupda ümumilikdə 550-600 şagird idmanın qədim növü olan şahmatın sirlərini öyrənir. Şagirdlərlə 25 müəllim məşğul olur.

Prezident İlham Əliyev Şahmat Məktəbində yaradılan şəraitlə tanış oldu.

———

11:13

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtın Sahil küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub.

Sahil küçəsinin yenidən qurulması son illərdə Sumqayıtda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərin ardıcıl xarakter aldığını göstərir. Yenidən qurulan Sahil küçəsi Sumqayıtın yol-nəqliyyat infrastrukturunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevə küçənin yenidən qurulması istiqamətində görülən işlər barədə məlumat verildi. Bildirildi ki, burada yenidənqurma işləri müasir səviyyədə və qısa vaxtda aparılıb. Küçənin uzunluğu 7,5 kilometrdir. Mövcud yol 1980-ci illərin əvvəllərində salınıb. Burada təmir-tikinti işlərinə ötən ilin noyabrında başlanılıb. Yolun eni orta hesabla 8 metrdən 13 metrə qədər genişləndirilərək sahəsi 112 min kvadratmetrə çatdırılıb. Yolun 4 min metrinə “Azəryoltikinti” ASC, 3500 metrinə isə daxili imkanlar hesabına asfalt örtüyü döşənib.

Yolboyu hər iki tərəfdə əhalinin sərbəst hərəkəti üçün səkilər salınıb, bir çox yerlərdə istirahət guşələri yaradılıb, dekorativ ağac və gül kolları əkilib. Təhlükəsizlik məqsədilə istinad divarları, hasarlar yenidən tikilərək aqlay daşlarla üzlənib. Küçədə yerləşən obyektlər təmir olunub, yolboyu işıqlandırma sistemi yenidən qurulub. Bu yolda Sumqayıt şəhərində ilk dəfə olaraq velosiped sürmək üçün xüsusi hərəkət zolağı salınıb. Sahil küçəsində aparılan yenidənqurma işləri həm avtomobillərin rahat hərəkətini, həm də piyadaların təhlükəsiz gediş-gəlişini təmin edəcək.

10:59

———–

Prezident İlham Əliyev Sumqayıt şəhərinə əsas giriş yolunda – Sülh küçəsində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

“Qafqazinfo” xəbər verir ki, Sumqayıt Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov prezidentə məlumat verib ki, əsaslı təmir və yenidənqurma işləri şəhər icra hakimiyyəti tərəfindən yüksək keyfiyyətlə yerinə yetirilib. Bu ilin fevralında başlanılan yenidənqurma işləri sentyabrın əvvəlində yekunlaşıb. Bakı-Quba avtomobil yolundan başlayaraq şəhərdəki “Göyərçin” abidəsinə qədər bu küçənin uzunluğu 5,2 kilometrdir.

Daha sonra prezident əsaslı təmir olunaraq yenidən qurulan Sumqayıt Dövlət Dram Teatrının binasında yaradılan şəraitlə tanış olub.

Qeyd olundu ki, binanın müasir üslubda yenidən qurulması sakinlərin teatra marağının artmasına, şəhərin mədəni həyatının daha da canlanmasına təkan verəcək.

Sonra İlham Əliyevə Sumqayıt şəhərində istifadə ediləcək yeni sərnişin avtobusları barədə məlumat verilib.

11:39
———–

Bakunews.net xəbər verir ki, səfər çərçivəsində dövlət başçısı bir sıra obyektlərin açılışında olacaq, Sumqayıtda aparılan abadlıq yenidənqurma işləri ilə tanış olacaq. Zakir Fərəcov şəhərə icra başçısı təyin olunandan 1 il müddətə Sumqayıtda bir sıra yeniliklər edilib və abadlıq işləri aparılıb. İlham Əliyevin Heydər Parkında görülən işlərlə tanış olması, burada Heydər Əliyev Mərkəzi, Şahmat məktəbi və Musiqi Məktəbinin açılışlarında iştirakı nəzərdə tutulub. Daha sonra ölkə prezidenti yeni yaradılan Sumqayıt bulvarı, burada aparılan son tikinti quruculuq işləri ilə tanış olacaq.

Bakunews.net

{gallery}prezident_sumqayitda{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol